Dubayda torpaqların qiyməti üzrə daha bir rekord qeydə alınıb.
Finlandiyada 8 milyon avroya - ADA SATILIR
FED.az xəbər verir ki, süni Jumeirah Bay adasında yerləşən torpaq sahəsi yüksək qiymətə satılıb.
Aprelin 19-da fərdi alıcı Dubayda bir qum parçası üçün 34 milyon dollar ödəyib.
2 276 kvadrat metr, yəni 22,8 sot boş sahə məşhur Jumeirah Bay adasında yerləşir və ona Dubaydan körpü vasitəsilə çatmaq olar. «Knight Frank» broker şirkəti bu alqı-satqıdan sonra torpağın qiymətində yeni rekord hesab edib.
Belə ki, torpağın bir kvadratmetri 15 min dollara başa gəlib.
Verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində yaşamayan alıcı torpaq sahəsində ailəvi istirahət evi tikməyi planlaşdırır.
Dubay Torpaq Departamentinin məlumatına görə, sözügedən torpaq sahəsi iki il əvvəl 9,9 milyon dollara alınmışdı. Nəticədə həmin alıcı 24,1 milyon dollar mənfəət əldə edib.
Satılan torpaq developer «Meraas Holding» tərəfindən təklif edilən 128 lotdan biridir. Bütün lotlar əvvəlcə uzun illər əvvəl satılıb, bəziləri isə o vaxtdan yaxşı gəlirlə yenidən satılıb.
Adada həm də şəhərin ən bahalı otellərindən biri olan Bulgari Resort, eləcə də gələcək Bulgari Lighthouse qülləsi yerləşir, burada mənzillərin qiymətləri hələ tikilməmişdən əvvəl ən yüksək həddə çatır. Ən yaxşı penthaus, beş parkinq yeri olan doqquz otaqlı mənzil fevral ayında 111,6 milyon dollara satılıb.