Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 7 oktyabr 2025-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərraclarda bir sıra kiçik dövlət müəssisələri və obyektlər özəlləşdirilib.
Dövlət şirkətləri necə özəlləşdiriləcək? – AÇIQLAMA - VİDEO
FED.az xəbər verir ki, hərracda satışa çıxarılan əsas obyektlərdən biri “Seyidlər üzüm emalı zavodu” olub. Zavod Samux rayonu, Seyidlər kəndi ünvanında yerləşir, ümumi faydalı sahəsi 221,2 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 26.068 kv.m təşkil edir. Zavodun işçi heyəti 1 nəfərdən ibarət olub. Əmlakın ilkin satış qiyməti 16 000 manat, torpaq sahəsinin ilkin satış qiyməti isə 25 000 manat olub. Hərrac nəticəsində obyekt özəlləşdirilərək ümumi satış qiyməti 41 000 manat qarşılığında yeni sahibinə təhvil verilib.
Hərracda həmçinin mal tövləsi obyektinin özəlləşdirilməsi də həyata keçirilib. Obyekt Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsi ünvanında yerləşir. Mal tövləsinin ümumi faydalı sahəsi 987,5 kv.m, ilkin satış qiyməti isə 20 000 manat təşkil edib və hərrac nəticəsində özəlləşdirilərək yeni sahibinə satılıb.