“MSDİS Holding” MMC-nin dövlət qarşısında yaranmış vergi borcunun ödənilməsi məqsədilə şirkətin əmlaklarından biri hərraca çıxarılacaq.
Azərbaycanda dövlət əmlakını özəl əmlakla - DƏYİŞDİRMƏK MÜMKÜN OLACAQ - YENİLİK
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yayımlanan elana əsasən, hərrac 10 sentyabr 2026-cı il saat 11:00-da keçiriləcək.
Hərraca “MSDİS Holding” MMC-nin İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən 1,1583 hektar torpaq sahəsi və 612 kvadratmetr əmlakı çıxarılıb. Əmlakın ilkin satış qiyməti 58 min manat müəyyən edilib.
Qeyd edək ki, bu, “MSDİS Holding”in vergi borcu ilə bağlı son günlərdəki ilk məlumat deyil. Banker.az-ın Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə etdiyi məlumata görə, 19 gün əvvəl şirkətin dövlət qarşısında vergi borcu 21.93 milyon manat təşkil edib.
“MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorlarında fəaliyyət göstərir və “MS Sement”, “MS Kabel”, “MS Oil”, “MS Asfalt” və “MS Karyer” olmaqla 5 istiqaməti əhatə edir.












