İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 95,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar - 24% ARTIB
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, özəlləşdirilmədən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çox olub.
Hesabat dövründə Dövlət Xidməti 43 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 382 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 206 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.