İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Gəncə Qənnadı” ASC-nin dövlətə məxsus və nizamnamə kapitalının 30,03 faizini təşkil edən səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
BOKT-a məxsus torpaq sahələri və ev - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, Gəncə şəhəri, Şəmkir şossesi, 1 ünvanında yerləşən “Gəncə Qənnadı” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 400 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması, istehsal olunan məhsulların çeşidinin artırılması ilə bağlı konkret təkliflərini verməlidir.
Müəssisənin ümumilikdə 2 401 046 manat həcmində öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (400 000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.