Bu ilin yanvar ayında Azərbaycanda 24 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 19,3% çoxdur.
Eləcə də bax: Bu il 247 mindən çox daşınmaz əmlaka - "KUPÇA" VERİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, aylıq göstəricinin 4 101-i (17,02%-i) ilkin, 20 000-i (82,98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 798-i fərdi yaşayış və bağ evi, 6 835-i mənzil, 12 534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.