Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi təsdiq edilib.
Azərbaycanda dövlət xətti ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi müddəti azaldılıb - FƏRMAN
FED.az xəbər verir ki, özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan qanun layihəsinin və digər əlaqəli normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması və mühafizə zonalarının hüdudlarında yerləşən torpaq sahələrinin istifadəsinə dair qaydaların müasir standartlar və beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi ilə bağlı layihənin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 sentyabr 2024-cü il tarixinə nəzərdə tutulub.
Qeyd edilib ki, Bakı şəhəri ərazisində yerləşən, qanunvericiliklə müəyyən edilmiş əsaslarla istifadə olunmayan və ya nəzərdə tutulmuş ölçülərdən artıq istifadə edilən torpaq sahələrinin onların faktiki istifadəçilərinə satılması ilə bağlı normativ hüquqi akt layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması 1 avqust 2024-cü tarixinə nəzərdə tutulur.
Mənzil mülkiyyətçisi qismində çıxış edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin mənzilin olduğu binanın yerləşdiyi torpaq sahəsinə münasibətdə hüquqlarının tənzimlənməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, daşınmaz əmlakın bazar qiymətləri üzrə məlumat bazasının yaradılması ilə bağlı layihənin müvafiq qurumlarla razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilməsi və. Üçüncü şəxsə məxsus torpaq sahəsində tikintisinə icazə verilmiş daşınmaz əmlak obyekti sahiblərinin torpaq mülkiyyətçiləri ilə münasibətlərini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 sentyabr 2024-cü il tarixinə nəzərədə tutulur.
Daşınmaz əmlakla bağlı dövlət xidmətləri üzrə mobil tətbiqin istifadəyə verilməsi, Dövlət Vergi Xidmətinin məlumat bazasının daşınmaz əmlakın dövlət reyestri informasiya sisteminə inteqrasiyası təmin ediləcək. (Apa)