Bu ölkədə banka borcu olanarın - 700 MİN ƏMLAKI MÜSADİRƏ EDİLDİ
Yunanıstanda kreditlər üzrə borcunu qaytara bilməyənlərin 700 min ədəd əmlakı əllərindən alınaraq satışa çıxarılıb.
FED.az xəbər verir ki, Yunanıstanda banklardan problemli kredit portfelini alan fondların əlində həmin kreditlərə girov kimi qoyulmuş 700 min əmlak toplanıb. Kredit sahibləri borclarını ödəyə bilmədikləri üçün həmin əmlaklar fondların mülkiyyətinə keçib. Həmin əmlakların ümumi qiyməti 40-45 milyard avro həcmində ölçülür.
Analitiklərin hesabalamalarına görə, bu əmlakların 25-30%-i yəni təqribən 200 min ədədi hərracda satılacaq. Amma əmlakları təklif olunduğu qiymətə almaq istçyənlər azdır. Məsələ bundadır ki, 2022-ci ildə elektron hərraclara 23 370 əmlak çıxarılıb, 17 min hərrac keçirilib, amma 13 430 əmlak satılmayıb.
Nəticədə fondlar bu əmlakları adi əmlak saytlarında da satmağa çalışırlar. Bəzən isə əmlakların alıcıları onların öz sahibləri olur, onlar ölkədəki yüksək inflyasiyadan istifadə edərək öz borc yüklərini bununla azaltmaq istəyirlər.