İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlak özəlləşdirilib.
Vergi ödəməyənlərin əmlakları hərraca çıxarıldı - SİYAHI - QİYMƏTLƏR
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Belə ki, hərracda start qiyməti 184 500 manat olan qeyri-yaşayış sahəsi özəlləşdirilib. Əmlak Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi,"Uğur-4" yaşayış kompleksi, ev 1 ünvanında yerləşir və ümumi sahəsi 136.6 kv.m təşkil edir.
Sözügedən əmlakın yekun satış qiyməti hərracda start qiymətinə ərabər olub.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.