Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 3-də təşkil olunacaq hərraca "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan satılmış əmlaklar çıxarılacaq.
"Aqrarkredit" BOKT-un əmlakları - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca 2 ədəd torpaq sahəsi çıxarılacaq. Hərraca çıxarılan torpaqların sahəsi 1,017 və 1,45 hektar təşkil edir. Hərracda start qiyməti 5 600 – 10 500 manatdır.
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
03 may 2024-cü il tarixində saat 12:00-da keçirilən hərraca çıxarılan "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan satılmış əmlakların siyahısı:
Sıra № |
Əmlakın növü |
Ünvanı |
Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) |
Torpaq sahəsinin ölçüsü (hektarla) |
Start qiyməti (manatla) |
Satış qiyməti (manatla) |
1 |
Torpaq sahəsi |
Xaçmaz rayonu, Bayoba kəndi |
|
1,45 |
10500 |
10500 |
2 |
Torpaq sahəsi |
Quba rayonu, Barlı kəndi |
|
1,017 |
5600 |
5600 |