Ekopost mövqeyi ilə seçilən “Baku City Residence” daşınmaz əmlak brendi yaşayış komplekslərinin ərazisində ekoloji təmiz mühitin yaradılması, eləcə də kompleksin sakinləri arasında “yaşıl avtomobillər”dən istifadə ənənəsinin artırılması məqsədi ilə Avropanın enerji infrastrukturu – “VoltUp” şirkəti ilə əməkdaşlıq memorandum imzalayıb.
FED. AZ xəbər verir ki, “Baku City Residence” şirkətinin direktoru Ramil Məhərrəmovun və “VoltUp” şirkətinin Baş icraçı direktoru Massimo Rossinin imzaladığı memorandum çərçivəsində “Baku City Residence”in bütün yaşayış komplekslərində “VoltUp” şirkətinindəstəyi ilə elektrikli avtomobillər üçün ən müasir və innovativ sarj avadanlıqları, eləcə də enerjidoldurma məntəqələri quraşdırlacaq. Bildirilib ki, kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyinə yaşıl işıq yandıran “Baku City Residence” brendinin sakinləri üçün müasir texnoloji avadanlıqların qurulması ödənişsiz olacaq.
“VoltUp” şirkətinin Baş icraçı direktoru Massimo Rossi isə öz növbəsində son illər ərzində dünyada eletrikli avtomobillərə olan marağın artmasından, bu sahədəki inkişafdan və “Baku City Residence” şirkəti ilə imzalanan memorandumun əhəmiyyətindən danışıb.
Tədbirdə Ramil Məhərrəmov çıxış edərək bildirib ki, bu memorandum ənənəvi dayanacaqla yanaşı elektromobillər üçün ağıllı parkinq sisteminin yaradılması həm kompleksin sakinlərini əlavə xərclərdən və qayğılardan azad edəcək, həm də ölkənin yaşıl iqtisadiyyatına dəstək olacaq.
FED.az saytının əməkdaşının “VoltUp” şirkəti ilə əməkdaşlıq “Baku City Residence” sakinlərinə nə kimi üstünlük qazandıracaq?” sualına Ramil Məhərrəmov geniş formada aydınlıq gətirib: “Yaşayış komplekslərinin inşaası ilə məşğul olan, daşınmaz əmlak sektorunda yüksək səviyyəli xidmət göstərməyi prioritet istiqamət götürən hər bir şirkət kimi bizim də öncəliyimiz sakinlərimizin rahatlığıdır. Biz də həm komplekslərimizin ətrafında təmiz ekoloji mühit yaratmaq, həm də məhz azlıqda qalan “yaşıl avtomobil” istifadəçisi olan sakinlərimizin qayğısını qayğısını azaltmaq məqsədi ilə məqsədi ilə “VoltUp” şirkətinin xidmətlərindən yararlanmağa qərar verdik. Üstünlüklərin detallı təsvirinə gəlincə, ən birincisi əlbəttə ki, ekoloji enerjinin təminatıdır. İkincisi, sakinlərimiz enerjidoldurma məntəqəsi harda yerləşir?, Bu tıxacda necə gedim sarj qurğusu tapım? Kimi suallardan azad olacaqlar. Əvvala, onlar yaşayış komplekslərimizin daxilində yerləşən geniş yeraltı parkinqlərimizdə həm avtomobillərini rahat saxlayacaqlar, həm də təqdim etdiyimiz sarj avadanlıqlarından evlərini tərk etmədən istifadə edə biləcəklər”.
Daha sonra Ramil Məhərrəmov elektrik avtomobil istifadəsini təşviq edən, eləcə də iqlim dəyişikliyinə diqqət çəkməyə çalışan “Baku City Residence” şirkətinin “yaşıl enerji” imkanlarını yaxın gələcəkdə hər kəsə əlçatan etməklə, Azərbaycanda bu sahənin liderinə çevriləməyi hədəfləndiyini də vurğulayıb.
Qeyd edək ki, “Baku City Residence” Azərbaycanda daşınmaz əmlak bazarında özünə məxsus yerə və zəngin təcrübəyə malik olan bir brend kimi tanınır. Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residence” , müştəriklər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir. Onu da qeyd edək ki, “Baku City Residence” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay” və “Yacht Club” kimi layihələrə imza atıb.
Xatırladaq ki, “VoltUp” şirkəti elektrikli avtomobillərin doldurulması və idarəedilməsi üzrə ixtisaslaşmış, texnoloji həllərin ilk müstəqil təminatçısıdır. Şirkət müştəriləri üçün gündəlik rahatlığı innovasiyalarla birləşdirməklə yeni biznes modelləri təqdim edir. Hər kəsi birlikdə yeni inkişaf imkanları yaratmağa dəvət edən “VoltUp” müştəriləri və tərəfdaşları yaşıl enerjiyə yönəlik fəaliyyətlərə töhfə verir.
5