19-20 noyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “United Property Expo 2022” Xarici Daşınmaz Əmlak Sərgisi keçiriləcək. Sərgidə dünyanın 10-dan çox ölkəsindən 10 mindən çox xarici daşınmaz əmlak təqdim olunacaq.
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstəklədiyi “United Property Expo” sərgisində Azərbaycanın, eləcə də Türkiyə, Yunanıstan, ABŞ, BƏƏ, İspaniya, Portuqaliya və digər ölkələrin aparıcı şirkətləri daşınmaz əmlak obyektlərini təqdim edəcəklər.
Sərgi ziyarətçilərə xaricdə daşınmaz əmlakın alınması və kirayəsi məsələlərini birbaşa peşəkarlarla müzakirə etmək, ipoteka, investisiyalar, vergilər, yaşayış icazələri və digər məsələlərlə bağlı məsləhətlər almaq imkanı verəcək. “United Property Expo” sərgisinin iştirakçıları vasitəçilər olmadan əsas tərtibatçılar və daşınmaz əmlak agentlikləri ilə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
Sərgi iştirakçılarını daşınmaz əmlakın alınması üçün xüsusi şərtlər gözləyir: endirimlər, agentliklərdən əlavə seçimlər və sənədləşmə işində köməklik.