"Port Baku Residence"də 7 500 000 AZN-ə mənzil satılır. 9 otaqlı, ümumi sahəsi 1 050 kvadratmetr olan yeni tikilinin kvadratmetri 7 140 manat təşkil edir.
Bakıda fantastik qiymətə malikanə satılır - FOTOLAR
FED.az xəbər verir ki, mənzil 33 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. "White box" formatında təklif olunur. Bu isə alıcılara öz zövqlərinə uyğun interyer dizaynı yaratmaq imkanı verir. Mənzilin ən böyük üstünlüklərindən biri isə 350 m²-lik geniş terrasdır. Buradan həm şəhərə, həm də Xəzər dənizinə möhtəşəm mənzərə açılır.
Kompleksin təqdim etdiyi infrastruktura açıq hovuz, bar, kino zalı, 24/7 mühafizə xidməti, yeraltı avtodayanacaq, sürətli liftlər, geniş həyət və elit qonşuluq daxildir. Ətrafda isə beynəlxalq brendlərin mağazaları, lüks restoranlar və müxtəlif ticarət mərkəzləri yerləşir.
Mənzil çıxarışlıdır və ipoteka ilə də əldə oluna bilər. Satıcının bildirdiyinə görə, fikri ciddi olan alıcı ilə qiymətdə razılaşma da mümkündür. (Teleqraf)