Bakıda «United Property Expo 2022» xarici daşınmaz əmlak sərgisi keçiriləcək.
ləcə də bax: Bakıda Çin şirkətlərinin möhtəşəm sərgisi başlayır - BAKI EKSPO MƏRKƏZİ
FED.az xəbər verir ki, 19-20 noyabr 2022-ci il tarixlərində Bakıda «United Property Expo» xarici daşınmaz əmlak sərgisi işinə başlayacaq.
Sərgidə 15 ölkədən 80-dən çox şirkət iştirak edərək öz layihələrini və əmlaklarını nümayiş etdirəcəklər.
Baku Expo Centerdə keçiriləcək tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Yunanıstan, Şimali Kipr, Cənubi Kipr, ABŞ, BƏƏ, Monteneqro, Tailand, İspaniya, Portuqaliya və digər ölkələrin aparıcı şirkətləri daşınmaz əmlak obyektlərini təqdim edəcəklər.
Ümumiyyətlə, «United Property Expo» beynəlxalq miqyaslı sərgidir, buranı hər il xaricdə əmlak almaq istəyən minlərlə insan ziyarət edir.
Bakıda keçirilən sərgi isə həm Azərbaycan, həm də xarici ölkələrdə əmlak almaq, eləcə də bununla bağlı şirkətlərdən tövsiyələr almaq üçün istəyənlər üçün əlavə imkan deməkdir. Bura ipoteka, xaricdə əmlak vergiləri, investisiya və sair mövzular aiddir.
Sərgidə iştirak etmək istəyən şirkətlərə isə 6 və 12 kvadratmetrlik stendlər təklif edilir. Stendin hər kvadratmetri üçün ödəniş 420 avro təşkil edir.
Sərginin maraqlı xüsusiyyəti odur ki, «United Property Expo»nun ziyarətçiləri elə buradaca yeni mənzil ala, maraqlı investisiya layihəsinə sərmayə qoya və ya biznes obyektinin sahibi ola biləcəklər. Sərginin bütün iştirakçıları daşınmaz əmlakın alınması üçün xüsusi şərtlər gözləyir: tərtibatçılardan endirimlər, agentliklərdən əlavə seçimlər və sənədləşmə işində köməklik.