20 iyul 2022-ci il tarixində «Bakı Hərrac Mərkəzi»ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC "Bank Standard" KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Eləcə də bax: Bakıda 20 000 000 manatlıq obyekt - SATIŞA ÇIXARILDI - ŞƏRTLƏR
Fonddan FED.az-a verilən məlumata görə, daşınmaz əmlak, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1 ünvanında 1,05 ha torpaq sahəsində yerləşən (ü/s 1034,83 kv.m) əmlak kompleksidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 730 000 manatdır.
Satış qiymətinin 5%-i həcmində, yəni 36500 manat məbləğdə beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)
Tel: 055-206-66-67