Oktyabrın 14-ü tarixində “Azərikard” MMC-nin balansında olan avtomobil açıq hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, satışa çıxarılan avtomobil 2013-cü il buraxılışlı “Toyota Camry” markalı minik maşınıdır.
Avtomobilin dövlət qeydiyyat nişanı 99 PG 796-dır.
Hərracda iştirak üçün başlanğıc qiyməti 22 086 manatdır. Ödəniləcək beh isə məbləğin 10%-i qədər yəni 2208,6 manat təşkil edir.
Hərracda iştirak etmək istəyən şəxslərə sənədləri ən geci hərracın başlanmasına 3 bank günü qalanadək Əmlak Xidmətləri Məkanına təqdim etməlidir.
İştirakçılardan tələb olunan sənədlər:
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiqlənmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Nümayəndə vasitəsilə iştirak ediləcəyi halda - etibarnamə;
“Azərikard” MMC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20