Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına əsasən, 2025-ci ilin sentyabr ayında əcnəbilərə ümumilikdə 1 867 mənzil satılıb.
Qeyri-yaşayış sahələri icarəyə veriləcək - Aylıq icarə qiyməti 8 manatla 212 manat arasında dəyişir
FED.az xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları da aktiv alıcı qrupda yer alıb. Belə ki, azərbaycanlılar sentyabr ayında Türkiyədən 67 mənzil əldə ediblər və bu nəticə ilə ən çox mənzil alan 10 ölkə arasında 7-ci pillədə qərarlaşıblar.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalma deməkdir. Xatırladaq ki, 2024-cü ilin sentyabrında azərbaycanlılar Türkiyədə 87 mənzil almışdılar. Beləliklə, illik müqayisədə satış sayı 23% azalıb.
Ümumilikdə 2025-ci ilin yanvar-sentyabr dövrü üzrə məlumatlar göstərir ki, Azərbaycan vətəndaşlarının Türkiyədən mənzil alışı müəyyən dəyişikliklərlə müşayiət olunub. Bu ilin ilk doqquz ayında göstəricilər belə olub: yanvar – 50, fevral – 87, mart – 66, aprel – 59, may – 75, iyun – 71, iyul – 93, avqust – 77 və sentyabr – 67 mənzil.
Keçən ilin eyni dövründə isə göstəricilər bu cür idi: yanvar – 52, fevral – 60, mart – 57, aprel – 54, may – 65, iyun – 51, iyul – 88, avqust – 90 və sentyabr – 87 mənzil.
Müqayisə göstərir ki, 2025-ci ilin əvvəlindən etibarən Azərbaycan vətəndaşlarının Türkiyədən mənzil alışı bir sıra aylarda artım, bəzilərində isə azalma ilə müşahidə olunub. Xüsusilə fevral ayında 87 mənzil alınması ilə 2024-cü ilin eyni ayında qeydə alınan 60 mənzilə nisbətən təxminən 45% artım qeydə alınıb. Mart, aprel, may və iyun aylarında da ötən ilə nisbətən artım müşahidə olunub. İyul ayında 93 mənzil alınaraq ilin ən yüksək göstəricisi qeydə alınıb. Lakin avqust və sentyabr aylarında bu dinamika bir qədər zəifləyib və mənzil alışları azalma ilə nəticələnib.
TÜİK-in hesabatına görə, sentyabr ayında Türkiyədə ən çox mənzil alan əcnəbilər sırasında birinci yerdə Rusiya vətəndaşları qərarlaşıb – 267 mənzil. Onları202 məniz ilə İran və 146 mənzil ilə İraq vətəndaşları izləyiblər.