2021-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 429 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 68 obyekt çoxdur.
Eləcə də bax: Azərbaycan Türkiyədə daşınmaz əmlak alan ölkələrin - İlk Beşliyində
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verilr.
Məlumata görə, 2021-ci ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin mayından 5 obyekt çoxdur.
2021-ci ilin may ayında Türkiyədə 59 166 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.
May ayında Türkiyədə 1 776 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-cu ilin eyni dövrü ilə müqayisədə 106 faiz çoxdur. (Trend)