2021-ci ilin yanvar-oktyabr aylarında (10 ay ərzində) azərbaycanlılar Türkiyədə 1140 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 1020 mənzil almışdılar. Təkcə oktyabrda azərbaycanlılar tərəfindən 120 mənzil alınıb.
Eləcə də bax: Türkiyədə lirə ucuzlaşır - MƏNZİLLƏR BAHALAŞIR
FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, may ayında 47 mənzil, iyun ayında 164, iyul ayında 127 mənzil, avqust ayında 138 mənzil, sentyabr ayında 162 mənzil, oktyabr ayında isə 120 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154,183 və 137 mənzil olmuşdu.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 11-ci yerdədir.
Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.
Türkiyə azı 250 min dollarlıq daşınmaz əmlak alanlara vətəndaşlıq verir. Türk lirəsinin dəyərdən düşməsi xaricilərə daşınmaz əmlak satışlarının artmasına səbəb olur.
(Marja)