2021-ci ilin yanvar-mart aylarında azərbaycanlılar Türkiyədə 251 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 284 mənzil almışdılar.
Eləcə də bax: Mənzillərin bahalaşması reytinqinə - Ankara Başçılıq Edir
FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında isə 106 mənil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90 və 95 mənzil olmuşdu.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir.
Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar. (Marja)