Xaricdə əmlak

Azərbaycanlı iş adamları Türkiyəyə pul yatırırlar - MƏBLƏĞLƏR

Azərbaycanlı iş adamları Türkiyəyə pul yatırırlar - MƏBLƏĞLƏR | FED.az
11:21 5 Yan 2019

2018-ci ilin ilk 11 ayında azərbaycanlılar tərəfindən Türkiyədə səhmdar kapitallı və məhdud məsuliyyətli 165 şirkət yaradılıb. Bu, 2017-ci ilin eyni dövründəkindən 36% çoxdur.

Eləcə də bax: İstanbulda fabrik və zavod üçün hazır obyektlər - SİYAHI, QİYMƏTLƏR

Bu barədə Türkiyə Ticarət Palatası və Birjalar Birliyi məlumat verib.

Ötən il Azərbaycan kapitalının iştirakı ilə şirkətlərin səhmdarları yeni şirkətlərə 53,1 milyon türk lirəsi investisiya qoyub. Bu, ötən ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur.

Eləcə də bax: Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR

Azərbaycanlı sərmayəçilər bu şirkətlərin kapitalına 45,3 milyon lirə investisiya qoyub. Bu, 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 2,5 dəfə çoxdur.

Azərbaycanlılar əsasən topdan və pərakəndə satış şirkətləri, mehmanxana və restoran biznesinə kapital qoyub - 24 mln lirə.

Eləcə də bax: İstanbulda avto-dayanacaq satılır - QİYMƏTLƏR

© Contact

Digər xəbərlər