Yerin təkindən istifadə ilə bağlı 14 iyun 2022-ci il tarixində keçirilmiş hərracın nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, hərracda Qobustan rayonu “Nabur” vulkan külü yatağı, Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı yatağı və Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı satılıb.
“Nabur” vulkan külü yatağında LOT-1 üzrə hərracın qalibi Şahməmmədov İldırım Saleh oğlu, “Gülbaxt” əhəngdaşı yatağının LOT-1 üzrə qalibi “ARAZ – M.İ.” MMC, “Xırxatala” qum-çınqıl yatağının LOT-3 üzrə qalibi Verdiyev Ceyhun Nuru oğludur.
Qobustan rayonu “Nabur” vulkan külü yatağı | |||||||||
S/S | Yatağın adı | LOT | Həcmi | Sahəsi (ha) | Faydalı qazıntının növü | İstismar müddəti | Başlanğıcqiyməti (manatla) | Yekun qiyməti (manatla) | Hərracın qalibi |
1 | Nabur (xüsusi mülkiyyət) Nabur (xüsusi mülkiyyət) Nabur (xüsusi mülkiyyət) Nabur (xüsusi mülkiyyət) Nabur (xüsusi mülkiyyət) |
LOT-1 | 25 080 m3 | 1,1 ha | Vulkan külü | 3 ilə qədər | 2 500 | 2 500 | Şahməmmədov İldırım Saleh oğlu |
Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı yatağı | |||||||||
S/S | Yatağın adı | LOT | Həcmi | Sahəsi (ha) | Faydalı qazıntının növü | İstismar müddəti | Başlanğıcqiyməti (manatla) | Yekun qiyməti (manatla) | Hərracın qalibi |
1 | Gülbaxt | LOT-1 | 228 331 m3 | 12,0 ha | Əhəngdaşı | 25 ilə qədər | 45 666 | 45 666 | “ARAZ – M.İ.” MMC |
Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı | |||||||||
S/S | Yatağın adı | LOT | Həcmi | Sahəsi (ha) | Faydalı qazıntının növü | İstismar müddəti | Başlanğıcqiyməti (manatla) | Yekun qiyməti (manatla) | Hərracın qalibi |
1 | Xırxatala | LOT-3 | 50 000 m3 | 2,0 ha | Qum-çınqıl | 4 ilə qədər | 5 000 | 5 000 | Verdiyev Ceyhun Nuru oğlu |