Azərbaycanın ən böyük istehsal müəssisələrindən olan «ASK Bakı Ayaqqabı» ASC investisiya müsabiqəsinə çıxarılacaq.
Eləcə də bax: "Bakı Ayaqqabı Fabriki" özəlləşdiriləcək - XİDMƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisəyə iyunun 30-da mediatur təşkil edilib.
Qeyd edək ki, hazırda Azərbaycan Sənaye Korporasiyasının tabeliyində olan müəssisə prezident İlham Əliyevin 29oktyabr 2021-ci il tarixli fərmanına əsasən özəlləşdiriləcək.
Özəlləşdirmə planına uyğun olaraq müəssisənin təşkilati-hüquqi forması dəyişdirilərək onun əsasında Səhmdar Cəmiyyət təsis edilib. Onun nizamnamə kapitalı isə 7 milyrn 852 min manat müəyyən edilib. Hər biri 2 manat olmaqla 3 milyon 926 min ədəd səhm buraxılıb.
Müəssisənin əhəmiyyətini və ölçülərini nəzərə alaraq onun investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb.
Tədbirdə ƏMDX-nin nümayəndəsi Elmar Yaqubov bildirib ki, özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi üçün potensial investorlarla iş aparılıb. O cümlədən 30-dək xarici şirkətə dəvət göndərilib. Bu şirkətlər Türkiyə, Almaniya, İspaniya, Portuqaliya, Belçika və sair ölkələri təmsil edir.