"Xalq Əmlak" MMC-nin nizamnamə kapitalı 17,4 milyon manat azaldılaraq 40 milyon manatdan 22,6 milyon manata endirilib.
Azərbaycanda bank 40 milyonluq əmlak şirkəti - YARADIB
FED.az xəbər verir ki, "Xalq Əmlak" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 17.400.000 manat məbləğində azaldılaraq 22.600.000 manat məbləğində müəyyən edilməsi barədə qərar qəbul etmişdir",- MMC-nin elanında deyilir.
Cəmiyyətin kreditorları və maraqlı şəxslər Cəmiyyətin Bakı şəh., Yasamal ray., İnşaatçılar pr-ti 22L ünvanında yerləşən ofisinə müraciət edə bilər.
"Xalq Əmlak" şirkəti 2021-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb və yeganə təsisçisi "Xalq Bank"dır. (Marja)