Yerin təkindən istifadə ilə bağlı 17 yanvar 2022-ci il tarixində keçirilmiş hərracın nəticələri haqqında məlumat açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, hərracda Qəbələ rayonunda “Bumçay” qum-çınqıl yatağı, “Dəmiraparançay” qum-çınqıl yatağı, “Tikanlıçay” qum-çınqıl yatağı və “Xırxatala” qum-çınqıl yatağı satılıb.
“Bumçay” qum-çınqıl yatağı üzrə hərracın qalibi “Körpü-Bina-Tikinti” MMC, Dəmiraparançay yatağının LOT-1 üzrə qalibi “Körpü-Bina-Tikinti” MMC, LOT-2 üzrə qalibi “SAND AZ” MMC, LOT-3 üzrə qalibi isə Fiziki şəxs: Qəribov Rauf Mübariz oğludur.
“Tikanlıçay” qum-çınqıl yatağı üzrə hərracın qalibi “Körpü-Bina-Tikinti” MMC, Xırxatala qum-çınqıl yatağının LOT-1 üzrə qalibi “SAND AZ” MMC və LOT-2 üzrə qalibi isə “Körpü-Bina-Tikinti” MMC-dir.