Azərbaycanda örüş və yaxud da əkin aparılması ilə bağlı problemi yoxdur.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı keçirilən brifinqdə deyib.
"Sözsüz ki, təsərrüfat yaratmaq, əkin məqsədilə verilmiş pay torpaqlarını vətəndaşlar əkib becərirlər. Lakin sadəcə hansı bazada torpaqların dəqiq uçotu aparılarkən bəzi sənədlərdə texniki nöqsanlar aşkar edilib.
Faktiki bölgülərin aparılması fərqli-fərqli yerlərdə baş verir. Yəni sənədlər fərqli yerlərdədir. Mərhələli şəkildə "uqodiyalar"ın dəyişməsi, yəni torpaqların məqsədli təyinatı ilə bağlı dəyişikliklərlə bağlı bəzi məqamlar var. Onlar da uçot aparılmaqla, xüsusi yer quruluşu qaydasında müvafiq texniki düzəlişlər edilməklə bu səhvlər aradan qaldırılır", - deyə o qeyd edib (Trend).