Bu ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8% artıb.
FED.az bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Məlumata əsasən, mənzil bazarında qiymət indeksi II rübə nəzərən ilkin mənzil bazarında 4.3%, təkrar mənzil bazarında isə 3.7% artıb.
Dövr ərzində ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2%, o cümlədən ilkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artıb.