Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 13-də təşkil olunacaq hərraca dövlət müəssisəsi çıxarılacaq.
Vergidən yayınanların əmlakları - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu çıxarlacaq. İnstitut Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşir və ləğv edilmiş Azərikimya Dövlət Şirkətinin balansında olub.
Qeyd edək ki, hərracda ilkin satış qiyməti 415 508 manat təşkil edir.
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
13 avqust 2024-cü il tarixində Sumqayıt şəhərində hərraca çıxarılacaq dövlət müəssisə haqqında daha detallı :
№ |
Ümumi |
Özəlləşdirilən torpaq |
İşçilərin sayı |
Əmlakın ilkin |
Əmək kollektivinə güzəştli satışa yönəldilən hissəsi (15%) |
Torpaq sahəsinin |
Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti |
10% beh (manat) |
1 |
58,1 |
1880,4 |
3 |
46480 |
6972 |
376000 |
415508 |
41551 |
Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
Qeyd: Hərrac Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 ünvanında (Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin binası) hərrac komissiyası tərəfindən keçiriləcəkdir. Əlaqə telefonu: (kod 01865) 4-47-97
Hərracların keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.