İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3, 9 və 15 mart tarixlərində hərrac keçiriləcək.
Eləcə də bax: Azərbaycanda 18 dövlət müəssisəsi satışa çıxarılır – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, martın 3-də keçiriləcək hərraca 25 nəqliyyat vasitəsi, 9 martda təşkil olunacaq hərraca 18 nəqliyyat vasitəsi, 15 mart tarixindəki hərraca isə 18 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 20 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1995-2011-ci illər arasında dəyişir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 1-i istisna olmaqla, qalanları bölgələrdə yerləşir.
Tam siyahı: https://bit.ly/3mmNVpB.