Bu ilin yanvar-sentyabr ayları ərzində 259 798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 % çoxdur.
Eləcə də bax: Azərbaycanda daşınmaz əmlak almış xaricilərin sayı - AÇIQLANIB - SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bu göstəricinin 63 315-i (24,4 %) ilkin,196 483-ü (75,6 %) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3 % artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 718-i fərdi yaşayış və bağ evi, 65 872-si mənzil, 148 840-ı torpaq sahəsi, 2 636-sı qeyri-yaşayış binası, 5 101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,2 %-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 32 327 olub.
Göstəricilər |
2021 |
2022 |
Ötən ilin müvafiq dövrünə nisbətən |
||
+ / - |
% - lə |
||||
Dövlət qeydiyyatının sayı |
CƏMİ |
219968 |
259798 |
39830 |
18,1% |
ilkin qeyd |
48607 |
63315 |
14708 |
30,3% |
|
təkrar qeyd |
171361 |
196483 |
25122 |
14,7% |
|
Fərdi yaşayış və bağ evi |
ilkin qeyd |
11844 |
11746 |
-98 |
-0,8% |
təkrar qeyd |
23416 |
24972 |
1556 |
6,6% |
|
Mənzillər |
ilkin qeyd |
21844 |
16799 |
-5045 |
-23,1% |
təkrar qeyd |
44919 |
49073 |
4154 |
9,2% |
|
Torpaq sahələri |
ilkin qeyd |
11632 |
32327 |
20695 |
177,9% |
təkrar qeyd |
97121 |
116513 |
19392 |
20% |
|
Qeyri yaşayış binası |
ilkin qeyd |
269 |
387 |
118 |
43,9% |
təkrar qeyd |
2291 |
2249 |
-42 |
-1,8% |
|
Qeyri-yaşayış sahəsi |
ilkin qeyd |
2929 |
1960 |
-969 |
-33,1% |
təkrar qeyd |
3111 |
3141 |
30 |
1% |
|
Əmlak kompleksi |
ilkin qeyd |
74 |
87 |
13 |
17,6% |
təkrar qeyd |
483 |
502 |
19 |
3,9% |
|
Çoxmərtəbəli yaşayış binaları |
ilkin qeyd |
15 |
9 |
-6 |
-40% |
təkrar qeyd |
20 |
32 |
12 |
60% |
|
Çoxillik əkmələr |
ilkin qeyd |
0 |
0 |
0 |
|
təkrar qeyd |
0 |
1 |
1 |
Bu ilin 9 ayı ərzində 203 254 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % artım deməkdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 % artaraq 51 347 olub.