Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək.
Eləcə də bax: Sökülmüş binalarda evi olan şəxslərə yeni - GÜZƏŞTLƏR OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.
Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqqının, eləcə də minimum tariflərin artırılmasıdır.