Cari ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 38 hərrac keçirilib.
Dövlətə məxsus müəssisələr özəlləşdirilib - SİYAHI, QİYMƏTLƏR
Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a bildirilib ki, hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi özəlləşdirilib.
Qeyd olunan dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3176-sı torpaq sahələri üzrə olmaqla 3686 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144,7 milyon manat vəsait daxil olub.