Azərbaycanda daşınmaz əmlakla bağlı vahid elektron portal gələn ilin əvvəlində istifadəyə veriləcək.
Eyni mənzil bir neçə nəfərə satılır - Qarşısı necə alınacaq?
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.
O bildirib ki, bu sistemin əsas üstünlüyü tam rəqəmsal idarəetmənin təmin olunmasıdır.
Digər üstünlük daşınmaz emlakın təkrar qeydiyyatı üzrə müraciətlərin 1 iş günü müddətinə icra edilməsi mümkün olacaq.
Ən əsas məlsələlərdən biri mənzilin bir neçə şəxsə satılması problemidir, bu portal şəffaf ödənişləri təmin edəcək və bu problemi həll edəcək.
1 fevral 2024-cü ildən daşınmaz əmlakın elektron texniki pasportu ve torpaq sahəsinin elektron planı və ölçü sənədi hüquq sahiblərinə təqdim edilir.
Bu ilin yarım ilində Dövlət Vergi Xidməti məlumat bazasının Daşınmaz Əmlakın dövlət reyestri ilə inteqrasiyası oldu.
"Portalın layihəsi artıq razılaşdırılmaq üçün hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim edilib. Onlardan müsbət rəy aldıqdan sonra portal istifadəyə veriləcək", - deyə o qeyd edib.