Bu ilin yanvar- aprel aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 120 130 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövri ilə müqayisədə 0,8 % azdır.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 19 373-ü (16,1 %) ilkin, 100 757-si isə (83,9 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 5,1 % çox və 1,8 % azdır.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 20 332, mənzil 28 355, torpaq sahəsi 67 143, qeyri-yaşayış binası 961, qeyri-yaşayış sahəsi 3 061, əmlak kompleksi 213, çoxmərtəbəli yaşayış binası 62 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 30 546-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Son 1 ildə tərtb olunmuş texniki pasportların sayı 6,4 % azalaraq 84 305, qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 11 % azalaraq 19 915 olub.