Bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 154 337 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb
FED.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,45 % azdır.
5 aylıq göstəricinin 23 989-u (15,5 %) ilkin, 130 348-i isə (84,5%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 31,4 % və 32,6 % azdır.
Yanvar-may aylarında fərdi yaşayış və bağ evi üzərində 24 355, mənzil üzərində 34 094, torpaq sahəsi üzərində 91 749, qeyri-yaşayış binası üzərində 1 357, qeyri-yaşayış sahəsi üzərində 3 345, əmlak kompleksi üzərində 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39 177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
5 ay ərzində 114 705 texniki pasport tərtib edilib, 29 311 ipoteka müqaviləsi qeydiyyata alınıb.