“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoruna dair 2024-cü il üzrə Yol Xəritəsinin və “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi üzrə görülmüş işlər barədə təqdimatı keçirməkdə məqsədimiz işçi qrupunun cari ildə həyata keçiriləcəyi tədbirlər, cari ilin birinci yarımilliyi ərzində yerinə yetirilmiş işlərin hesabatıdır.
Eyni mənzil bir neçə nəfərə satılır - Qarşısı necə alınacaq?
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə bu yol xəritəsi 26 tədbirin həyata keçirilməsini nəzərdə tutub.
“Bu ilin birinci yarımilliyi ərzində 10 tədbir tamamilə başa çatdırılıb, 13 tədbirin icrası isə ikinci yarımillikdə davam etdirilir. Ən böyük uğur kimi bu indikator üzrə həyata keçirilmiş “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılmasını xüsusilə vurğulamaq istərdim. Bu sistemin fəaliyyəti ilə bağlı əsasnamənin və çoxlu sayda normativ hüquqi aktlara dəyişikliklə bağlı layihənin hazırlanması və aidiyyəti dövlət orqanları ilə razılaşması üçün təqdim olunması prioritetlik təşkil edir”, - deyə N.Alimova vurğulayıb.
N.Alimova qeyd edib ki, portal ölkədə əmlak hüquqlarının qeydiyyatı mərhələsinə başlamaqla hazır sənədlərin təqdim olunmasını, bütün bu proseslərin tam elektronlaşdırılmasını nəzərdə tutur: “Bu, həmçinin ölkədə elektron inzibatçılığın, elektron idarəetmənin daha da genişləndirilməsidir, nəticədə beynəlxalq reytinqlərdə biznes strukturları üçün əlverişli mühitin yaranmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə daxilində vətəndaşların, biznes subyektlərin əmlak hüquqlarına qeydiyyat imkanlarının əlçatanlığının artırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması və yekunda vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Nəticə etibarilə mənzil əldə etmək istəyən vətəndaşlar seçimi və ödənişi portal vasitəsilə əldə edə bilərlər. Yeniliklərdən biri də ilin əvvəllindən başlayaraq təkcə mülkiyyət hüquqları, eləcə də əmlak hüquqlarına dair çıxarışların deyil, həmçinin onların ayrılmaz tərkib hissəsi olan texniki sənədlərin yəni, torpağa münasibətdə toplanmış sənədlər, tikililərə münasibət də isə texniki pasportlar tam elektronlaşdırılıb. Elektronlaşma tamamilə başa çatdırılıb”. (Azərtac)