Sentyabrın 14-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçiləcək.
Eləcə də bax: Hərrac yolu ilə 7 faydalı qazıntı yatağı - İSTİFADƏYƏ VERİLİB
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Məlumata görə, hərraca Göygöl rayonunda yerləşən “Çaykənd” bazalt yatağının 10,8 hektar sahəsi çıxarılacaq. Adıçəkilən yatağın ilkin start qiyməti 354 800 manatdır. Hərracda iştirak etmək istəyən şəxslər 35 480 manat beh ödəməlidirlər.
Hərracda iştirakla bağlı iddiaçılar sənədləri 7 sentyabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanına təqdim edə bilərlər.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə ƏMDX-nın rəsmi saytında ( https://clck.ru/sYqPW) və “Özəlləşdirmə portalı”nda ( https://clck.ru/sYqRX ) tanış olmaq mümkündür.