Bərdə şəhərində yerləşən və “Buta Hotel” kimi tanınan hotel hərraca çıxarılıb.
“Aqrarkredit”in sərfəli yaşayış evləri və torpaqları hərraca çıxarılır - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, hotelin hazırkı hərrac qiyməti 595,000 manat olaraq müəyyən edilib. Bu rəqəm obyektin likvid dəyərindən – yəni 700,000 manatdan – 15 faiz aşağıdır. Bu isə potensial alıcılar üçün cəlbedici endirimli təklif deməkdir.
Hərracda iştirak etmək istəyən şəxslər 15 manat iştirak haqqı ödəməlidirlər. Bununla yanaşı, ilkin beh məbləği 29,750 manat olaraq müəyyən olunub. Hərracın addımı satış qiymətinin 1%-dən az, 3%-dən artıq olmamalıdır.
Əmlak Bərdə şəhəri, Qasım Bəy Zakir küçəsi, ev 18 A ünvanında yerləşir və ümumi sahəsi 175.9 kvadratmetrdir. Torpaq sahəsinin ümumi ölçüsü isə 0.3881 hektardır. Obyekt təmirli vəziyyətdədir və üç mərtəbədən ibarətdir. Hüquqi sənədləri tam qaydasındadır – əmlak çıxarışla rəsmiləşdirilib.