İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14, 21, 28 fevral tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq.
Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı - PROSEDURLAR SADƏLƏŞƏCƏK
Bu barədə FED.az-a Dövlət Xidmətindən bildirilib.
Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı: ( https://clck.ru/33TqtH )