2006-2023-cü illərdə Azərbaycanda 3 627 332 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Azərbaycanda indiyə qədər 50 mindən çox dövlət əmlakı özəlləşdirilib
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunlardan 943 362-si ilkin qeydiyyat, 2 683 970-i təkrar qeydiyyatın payına düşüb.
Son 18 ildə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 623 726-sı fərdi yaşayış və bağ evi, 1 064 199-u mənzil, 1 783 097-si torpaq sahəsi, 77 784-ü qeyri-yaşayış sahəsi, 67 628-i qeyri-yaşayış obyekti, 12 694-ü əmlak kompleksi, 919-u çoxmərtəbəli yaşayış binası olub.
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə ən yüksək göstərici ardıcıl olaraq 2023, 2022, 2021, 2019 və 2020-ci illərdə qeydə alınıb. Məsələn, ötən il ölkədə 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bu, 2022-ci illə müqayisədə 25 % çoxdur. Mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 54 485-i fərdi yaşayış və bağ evi, 94 735-i mənzil, 316 596-sı torpaq sahəsi, 7 457-si qeyri-yaşayış sahəsi, 10 698-i qeyri-yaşayış obyekti, 747-si əmlak kompleksi, 90-ı isə çoxmərtəbəli yaşayış binası olub. (Report)