Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Rusiyanın paytaxtı Moskvada 193 mənzil alıb.
Eləcə də bax: Bu il azərbaycanlılar Türkiyədə daha çox mənzil alıblar - YENİ RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu, 5 ay ərzində xarici vətəndaşlara satılmış mənzillərin 2,8%-i deməkdir.
Azərbaycanlılar Moskvadan ev alanlar arasında 10-cu pillədə qərarlaşıb.
Hesabat dövründə Rusiya paytaxtında əcnəbilərə ümumilikdə 6 903 əmlak satılıb ki, bu da illik müqayisədə 8% azdır. Əsas alıcılar Kipr (1 132 mənzil), Belarus (711 mənzil), Ukrayna (670 mənzil), Qazaxıstan (490 mənzil), Çin (428 mənzil), Litva (366 mənzil), Vircin adaları (242 mənzil), Almaniya (221 mənzil) və Ermənistan (200 mənzil) vətəndaşları olub. (Report)