Azərbaycan Türkiyədə aktiv şəkildə daşınmaz əmlak alan 10 ölkə sırasına daxil olub.
Eləcə də bax: Azərbaycan vətəndaşları Türkiyədə ev alışını - 55%-dən Çox Artırıb
FED.az xəbər verir ki, “RestProperty” daşınmaz əmlak agentliyiin verdiyi məlumata görə, ötən il Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 6 855 daşınmaz əmlak obyekti alınıb.
Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən daşınmaz əmlak alan ilk 10 ölkə sırasına İraq (29 349), Rusiya (18 918), İran (18 154), Səudiyyə Ərəbistanı (14 267), Böyük Britaniya (13 524), Almaniya (12 552), Küveyt (12 202), Əfqanıstan (8,370), Azərbaycan (6 855) və İordaniya (5 485) daxildir.
Hazırda Türkiyədə xarici vətəndaşlar 274 159 mülk sahibidir. 2020-ci ilin koronavirus pandemiyası ilə yadda qalmasına baxmayaraq, əcnəbilər tərəfindən alınan daşınmaz əmlak 2019-cu illə müqayisədə cəmi 10% azaldığı bildirilir. Şəhərlərə gəlincə, daşınmaz əmlak əsasən İstanbul, Antalya, Bursa və Muğlada alınıb. (Apa)