Bəzi saytlarda azad olunmuş ərazilərdə öz dədə-baba torpaqlarına yaşamağa qayıdanlara mənzillərin çıxarışlarının verilməməsi, onlarla sadəcə müqavilə imzalanması ilə bağlı xəbərlər yayılıb.
İşğaldan azad olunmuş ərazilərə 2026-2029-cu illərdə 16 milyard manat xərclənəcək
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.
Qeyd edilib ki, layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək. (Apa)