Avstraliya federal hökuməti əcnəbi vətəndaşların ölkədə mənzil almasına qadağa qoymağa hazırlaşır.
Azərbaycanlıların Türkiyədə ev alışı azalır
FED.az xəbər verir ki, bu barədə baş xəzinədar Cim Çalmers məlumat verib.
“Hökumət ən azı iki il ərzində xarici investorlara hazır yaşayış binaları almağı qadağan edəcək və həmçinin əcnəbilərin torpaq alması ilə bağlı bank əməliyyatlarına ciddi nəzarət edəcək. Bu, milli mənzil bazarında qiymətləri aşağı salmaq üçün edilir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, əcnəbilərin hər hansı mənzil almasına tam qadağa 2025-ci il aprelin 1-dən 2027-ci il martın 31-dək qüvvədə olacaq:
“Ehtimal olunur ki, bu müddət ərzində ölkə hakimiyyət orqanları onun qüvvədə olma müddətini gələcəkdə uzadıb-uzatmayacağını müəyyən edə biləcəklər. Bu, avstraliyalılara xaricilər tərəfindən satın alınacaq evləri almağa imkan verəcək”. (Report)