13 may 2026-cı il tarixində saat 11:00-da hərraca çıxarılan "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı açıqlanıb.
Mərkəzi Banka məxsus torpaq sahələri satışa çıxarılır – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərraca Bakı şəhərində yerləşən qeyri-yaşayış binaları daxil olacaq.
Start qiymətləri 512 min manatdan 5 milyon 800 min manata qədərdir. Hər bir lot üçün iştirakçılardan 0,5% beh tələb olunur.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.
|
S/N |
Qeyri-yaşayış binası olan əmlakların ünvanı |
Daşınmaz əmlakın ümumi sahəsi (kvm) |
Start qiyməti (manatla) |
Beh məbləği (manatla) |
|
1 |
Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küşəsi,95 |
1.078,10 |
5.800.000,00 |
29000 |
|
2 |
Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küşəsi,3 |
412,8 |
2.415.000,00 |
12075 |
|
3 |
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-2 səviyyə) |
5948,3 |
1.100.000,00 |
5500 |
|
4 |
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-1 səviyyə) |
5151,7 |
1.183.000,00 |
5915 |
|
5 |
Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 7A (zirzəmi) |
1025,5 |
512.000,00 |
2560 |
Əlaqəli şəxs: Seyidov Şahin (050-235-99-90)













