“Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılıb.
Eləcə də bax: Bu ay Azərbaycanda daha 31 dövlət əmlakı - HƏRRACA ÇIXARILACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə AFFA İctraiyyət Komitəsi qərar verib.
Bundan əlavə, milli assosiasiyanın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən 150 000 ABŞ dolları məbləğində maliyyələşməsi təsdiq olunub.
FIFA Forward Layihəsindən daha 500 000 ABŞ dollarının isə VAR layihəsi üçün ayrılması təsdiqlənib.