2023-cü il iyul ayının 25-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat açıqlanıb.
Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə - 61,2 MİLYON MANAT ÖDƏYİB
FED.az xəbər verir ki, hərraca 6 şirkətin səhmləri çıxarılır.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Pul hərracı 2023-cü il iyul ayının 25-də saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 195-1 nömrəli Çağrı Mərkəzi vasitəsilə və Xidmətin privatization.az portalından ala bilərsiniz.
Sıra sayı |
Səhmdar cəmiyyətinin |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı |
Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılmış səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal qiyməti (manat) |
Satışa çıxarılmış səhmlər |
Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) |
Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti |
İlkin satış qiymətinin |
|
sayı (ədəd) |
buraxılmış səhmlərin ümumi sayında |
|||||||||
1 |
Ağdaş Quşçuluq №463 23.03.1998 |
Ağdaş rayonu, Qaradağlı kəndi |
677482.20 |
338741 |
2.00 |
101662 |
30.01 |
203324.00 |
101662.00 |
10166.20 |
2 |
Azinterservis №1107 01.12.1997 |
Bakı şəhəri, Nizami rayonu, Moskva prospekti, 106 “a” |
886154.00 |
443077 |
2.00 |
133167 |
30.06 |
266334.00 |
133167.00 |
13316.70 |
3 |
Kürdəmir Kəndkimya Təchizat №234 09.02.1998 |
Kürdəmir şəhəri,Bakı prospekti, 18 |
481441.20 |
240720 |
2.00 |
72218 |
30.00 |
144436.00 |
72218.00 |
7221.80 |
4 |
Salyan broyler №376 26.12.2000 |
Salyan rayonu, Xələc kəndi |
1120118.00 |
560059 |
2.00 |
168225 |
30.04 |
336450.00 |
168225.00 |
16822.50 |
5 |
Salyan Reproduktor Quşçuluq №46 31.01.2002 |
Salyan rayonu, Qaraçala qəsəbəsi |
220530.00 |
110265 |
2.00 |
33099 |
30.02 |
66198.00 |
33099.00 |
3309.90 |
6 |
Yevlax Kəndnəqliyyat № 833 13.10.1997 |
Yevlax şəhəri, Nizami küçəsi, 37 |
225900.60 |
112950 |
2.00 |
33906 |
30.02 |
67812.00 |
33906.00 |
3390.60 |