“Əmlak bütün mənalarda mülkiyyət anlamına gəlmir. Qanun layihəsində borclunun əmlakının üzərinə həbs qoyulması fikri dəyişdirilməli, borclunun borca adekvat əmlakına həbs qoyulması qeyd edilməlidir”.
Borclunun banklardakı hesabına və saxlancdakı əmlakına - HƏBS QOYULA BİLƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisdə Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Praktikada bu cür hallar çoxdur. 1 milyon borcu olan borclunun 5 milyonluq əmlakına həbs qoyulur. Bu dəyişikliyi indidən etmək lazımdır ki, sonradan problemlər yaranmasın”, - deyə deputat qeyd edib.