Azərbaycanın biznes mühitində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar arasında iş yerlərinin rəsmiləşdirilməsinin təşviqinin mühüm əhəmiyyəti var.
Azərbaycanda vergi ödəyicilərinin sayı - 8% ARTIB
FED.az bu barədə İqtisadiyyat yanında Vergi Xidmətinə istinadən xəbər verir.
Əmək müqavilələrinin bağlanmasını stimullaşdırmaq üçün bu sahədə güzəştlərin tətbiqi, nəzarət tədbirlərinin artırılması mühüm nəticələr verir. Əmək münasibətlərinin hüquqi müstəvidə qurulması cəmiyyətin sosial rifahına töhfə verməklə yanaşı, "kölgə iqtisadiyyatı"nın məhdudlaşdırılmasına da mühüm təkan verir.
2019-cu ilin 1 yanvar tarixindən etibarən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 358 min vahid artıb. 1 yanvar 2024-cü il tarixinə əmək müqavilələrinin sayı əvvəlki illə müqayisədə 62,5 min artaraq 1 mln. 808,8 min, qeyri-neft-qaz özəl sektorda isə 66,6 min artaraq 897,9 min olub. Qeyri-neft-qaz özəl sektorun cəmi əmək müqavilələrində xüsusi çəkisi 49,6% təşkil edib. 2023-cü ildə ilk dəfə olaraq qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 897,9 min təşkil etməklə dövlət sektorundakı müvafiq göstəricini (860,0 min) üstələyib.