Azərbaycanda kənd təsərrüfatına dəstək üçün yeni addımlar planlaşdırılır.
Gələn il Azərbaycana elektromobillərin idxalı və satışı ƏDV-dən azad olacaq
FED.az xəbər verir ki, bu sahədə çalışanların xərclərinin azaldılması məqsədilə vergidən azad edilən gübrə növlərinin siyahısı genişləndirilib.
Bu yenilik 2026-cı ilin büdcə layihəsində nəzərdə tutulur.
Belə ki, 2026-cı ildən etibarən il kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrələrə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin satışının, xammal kimi istifadə edilməsi məqsədilə mineral və orqanomineral gübrələrin idxalının da ƏDV-dən azad edilməsi planlaşdırılır.